"Dinamo"nun baş məşqçisindən Mahir haqda xoş sözlər

“Dinamo”nun baş məşqçisi Jelko Kopiç Mahir Emreli haqda növbəti dəfə fikirlərini bildirib.

90plus.az xəbər verir ki, o, “Hayduk”la (Split) sabah keçiriləcək yerli liqanın 32-ci turunun oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin hücumçusu ilə bağlı sualı da cavablandırıb.


“Mahir Emreli derbidə (“Hayduk”la matç) zədə alsa da, bu haqda sizə məlumat verməmişdi. Futbolçularınıza bənzər problemlərdə sizi xəbərdar etməsi barədə göstəriş verəcəksinizmi” – sualına cavabda Kopiç deyib:


“Mənim üçün çox xoşdur ki, futbolçu problem yaşasa da, klubu və komandası üçün maksimum güc sərf etmək istəyir. Biz şahid idik ki, Emreli əsl formasından uzaqdır. Amma o, artıq özünə gəlir və oyundan-oyuna daha yaxşı çıxış edir. Biz bir çox oyunçunu, o cümlədən Emrelini doğru ritmə yönəltməyi bacardıq. Mənim üçün çox vacibdir ki, bütün futbolçular klubun uğurları, çempionluq titullları ilə yaşasın və bunun üçün hər şeyi etsin”.


Xatırladaq ki, M.Emreli Xorvatiya liqasının son 2 turunda 2 qol vurub.

0 comments