top of page

"Dinamo"nun baş məşqçisi Mahirin durumundan danışdı

Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç Xorvatiya çempionatının 33-cü turunda "Lokomotiva" ilə oyun öncəsi keçirilən mətbuat konfransında komandanın zədəli futbolçusu Mahir Emrelinin son durumu haqda danışıb.

90plus.az xəbər verir ki, o, çiynindən problemi olan millimizin üzvünün Zaqreb derbisində oynayıb-oynamayacağının dəqiqləşmədiyini deyib: "Emrelinin vəziyyətinə baxacağıq. Son məşqdən sonra kimlərin start heyətdə yer alacağı bilinəcək. Futbolçular çalışırlar".


Qeyd edək ki, sabah keçiriləcək "Lokomotiva" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.

0 comments
bottom of page