"Dinamo"nun məşqçisi "Neftçi" haqqında danışıb


"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo" ilə eyni futbol markasıdır"

90plus.az bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Neftçi" barədə danışarkən deyib. 53 yaşlı mütəxəssis flaqmanı ciddi rəqib adlandırıb: "Əlbəttə, biz bunu qiymətləndirməliyik. Hazırda proqnoz vermək qəbuledilməzdir. Vəzifəmiz bu oyunlara yaxşı hazırlaşmaqdır. Planlarımız var, mümkün qədər çox çalışmalı və maksimum nəticə göstərməliyik". Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

0 comments