
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb, Xorvatiya) bu gün Ukrayna “Dinamo”su (Kiyev) ilə xeyriyyə oyununa çıxıb. 90plus.az xəbər verir ki, “Maksimir” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Mahir zədəli olduğu üçün bu görüşdə iştirak etməyib. "Dinamo" (Zaqreb) - "Dinamo" (Kiyev) - 2:2 Qollar: Vanat, 8 (0:1), 16 (0:2), Vukotiç, 29 (1:2), Menalo, 38 (2:2) Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.