"Dincəlməyə gəlməmişəm" - Kriştiano Ronaldo


İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştiano Ronaldo kluba qayıdışı barədə fikirlərini paylaşıb.


90plus.az klubun saytına istinadən xəbər verir:


"Mən bura dincəlməyə gəlmədim. Əvvəl bu klubda hər şey sadəcə əla idi, biz daim mükafatlar qazanırdıq. Mən uzun illər bu formada çıxış etdim. Amma indi bura yenidən qalib gəlmək üçün gəlmişəm", - Ronaldo deyib.

Xatırladaq ki, "Mançester Yunayted" avqustun 27-də Ronaldonun qayıdışını elan edib. KİV-in məlumatına görə, Ronaldonun transferinin məbləği 20 milyon avro təşkil edir. O, 2003-cü ildən 2009-cu ilə qədər "qırmızı şeytanlar"ın heyətində çıxış edib. Hücumçu komandanın heyətində İngiltərə Premyer Liqasının üçqat çempionu və Çempionlar Liqasının qalibi olub.

Portuqaliyalı 2018-ci ildən İtaliyanın "Yuventus" komandasının heyətində çıxış edirdi.

Ronaldo bütün yarışların 133 oyununda iştirak edib və 101 qol vurub.


0 comments

Recent Posts

See All