Diqqətlər Mançester derbisinə

İngiltərə Premyer Liqasında 27-ci turun oyunları davam edir.


90plus.az xəbər verir ki, turun mərkəzi matçı bu gün keçiriləcək. Lider "Mançester Siti" öz meydanında əzəli rəqibi "Mançester Yunayted"lə qarşılaşacaq.


Mançester derbisinə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.


7 mart


İngiltərə Premyer Liqası, 27-ci tur


20:30. "Mançester Siti" – "Mançester Yunayted"


Qeyd edək ki, "Mançester Siti" 65 xalla vahid liderdir. "Lester" 53 xalla 2-ci, "Mançester Yunayted" 51 xalla 3-cüdür.

0 comments