Donnarumma "50"ni seçdi

PSJ-nin yeni transferi Canluici Donnarumma Paris təmsilçisindəki forma nömrəsini seçib.

90plus.az "Get French Football News"a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper yeni klubunda 50 nömrəli forma ilə çıxış edəcək. Ötən mövsüm bu forma PSJ-nin digər qapıçısı Denis Frankiyə məxsus idi.

Qeyd edək ki, Donnarumma dünən PSJ ilə 5 illik müqavilə imzalayıb.

0 comments