Donnarumma "Barselona" ilə danışıq aparır

"Milan"ın qapıçısı Canluici Donnarumma karyerasını İspaniyada davam etdirməyə yaxındır. 90plus.az xəbər verir ki, 22 yaşlı qolkiperi "Barselona" transfer etməyi planlaşdırır. Onun hazırkı klubu ilə müqaviləsi iyunda başa çatır. Tərəflər yeni sözləşmə üçün razılaşa bilmir. Buna görə də onun komandanı tərk edəcəyi gözlənilir. Onun artıq komanda yoldaşları ilə vidalaşdığı qeyd olunub. "Barselona" isə Donnarummaya illik 10 milyon avro maaş təklif edir. Tərəflərin danışıq apardığı bildirilib. Qeyd edək ki, Donnarumma "Milan"ın yetirməsidir və 2015-ci ildən əsas komandada çıxış edir. O, başa çatan mövsümdə 48 oyun keçirib, 54 qol buraxıb və 15 görüşdə qapısını toxunulmaz saxlayıb.

0 comments