Donnarumma "Milan"la vidalaşdı


İtaliya millisinin qapıçısı Canluici Donnarumma "Milan" ilə vidalaşıb. 90plus.az xəbər verir ki, qolkiper karyerasını PSJ-də davam etdirəcək. Onun "Milan"la müqaviləsi iyunun sonlarında başa çatıb. PSJ Donnarumma ilə 2026-cı ilədək anlaşıb. Onun illik maaşı 12 milyon avro olacaq. Qeyd edək ki, Canluici Donnarumma ötən mövsüm "Milan"da 48 oyuna çıxıb və bunların 15-də qapısını toxunulmaz saxlayıb

0 comments