Donnarumma PSJ üçün tibbi müayinədən keçdi

"Milan"dan ayrılan Canluici Donnarummanın PSJ-yə keçidi tamamlanmaq üzrədir. 90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper bu gün Romadakı klinikalardan birində Paris klubu üçün tibbi müayinədən keçib.

Bundan əvvəl yayılan xəbərlərdə PSJ-nin Donnarumma ilə 2026-ci ilin yayına qədər müqavilə imzalayacağı bildirilmişdi. Qeyd edək ki, İtaliya millisinin əsas qapıçısı olan Donnarumma "Milna"ın yetirməsidir. O, 2015-ci ildən "qırmızı-qaralar"ın əsas komandasında çıxış edirdi.

0 comments