top of page

DÇ-2022: Biletlər üçün müraciət bir milyonu keçdi

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı böyük marağa səbəb olub.

90plus.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mundial üçün biletlər satışa çıxandan 24 saat sonra 1,2 milyon bilet üçün müraciət gəlib.


Ən çox tələb yerli fanatlardan olub. Daha sonra Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan tərəfdarlar biletləri almaq istəyib.


Final qarşılaşması üçün 140 mindən çox, açılış görüşü üçün isə 80 mindən çox bilet tələb olunub.


Bilet satışının ilkin mərhələsi fevralın 8-dək davam edəcək.


Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.



0 comments
bottom of page