top of page

DÇ-2022: Fransanın 1/4 finaldakı rəqibi İngiltərə oldu

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.


90plus.az xəbər verir ki, Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.


İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.


İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.

0 comments
bottom of page