top of page

DÇ-2022: İngiltərə millisinin futbolçusu şəxsi məsələlərə görə düşərgəni tərk edib

"Arsenal"ın futbolçusu Ben Uayt Qətərdəki dünya çempionatında iştirak edən İngiltərə millisinin düşərgəsini tərk edib.


İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi şəxsi məsələlərə görə yığmadan ayrılıb.


Futbolçunun şəxsi həyatına hörmət əlaməti olaraq, əsl səbəb açıqlanmayıb.


Qeyd edək ki, İngiltərə millisi mundialın 1/8 finalında Seneqalla qarşılaşacaq.

0 comments
bottom of page