top of page

DÇ-2022: Pley-offdan daha 4 finalçı bəlli olub!



2022-ci il dünya çempionatının pley-off mərhələsinin final görüşünə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.


90plus.az xəbər verir ki, bu hüquqa İsveç millisi Çexiya üzərində minimal hesablı qələbə sayəsində yiyələnib. Əsas vaxtı qolsuz tamamlanan görüşdə yeganə qolu 110-cu dəqiqədə Robin Kuayson vurub.

Daha əvvəl bu hüquqa Portuqaliya, Şimali Makedoniya, Uels və Polşa da sahib çıxıb.

Beləliklə, martın 29-da keçiriləcək final görüşlərində qarşılaşacaqlar:

Uels - Şotlandiya / Ukrayna cütünün qalibi Portuqaliya - Şimali Makedoniya Polşa - İsveç

DÇ-2022, pley-off mərhələsi Yarımfinal 24 mart

A yolu 23:45. Uels - Avstriya - 2:1

Qollar: Qaret Beyl, 25; 51 - Ben Devis, 65 (öz qapısına)


B yolu 23:45. İsveç - Çexiya - 1:0 (ƏLAVƏ VAXT - 1:0)

Qol: Robin Kvayson, 110


C yolu 23:45. İtaliya - Şimali Makedoniya - 0:1

Qol: Aleksandar Traykovski, 90+2


23:45. Portuqaliya - Türkiyə - 3:1

Qollar: Otavio, 15. Dioqu Jota, 42. Mateus Nunes, 90+4 - Burak Yılmaz, 65

"Qaçırılan" penalti: Burak Yılmaz, 85 (Türkiyə)


Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

0 comments
bottom of page