top of page

DÇ-2022: Yaponiya və İspaniya 1/8 finala yüksəldi, Almaniya qrupda qaldı

Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulub.


90plus.az xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olub.


E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşıb. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edirdi. Bu oyunlar müvafiq olaraq Yaponiya və Almaniya yığmalarının qələbəsiylə yekunlaşıb. Bu nəticələrdən sonra Yaponiya qrup birincisi, İspaniya isə ikinci yerlə pley-offa yüksəlib. Almaniya yığması isə Kosta Rika ilə birgə qrupda qalıb.

0 comments
bottom of page