top of page

Dünya mediası Azərbaycan alpinistinin qəhrəmanlığından yazır…


Dünya mediasında Everesti fəth etmiş ilk Azərbaycan alpinisti İsrafil Aşurlının qəhrəmanlığından bəhs olunur.


90plus.az -ın məlumatına görə, o, Himalay silsiləsindəki Nanqa – Parbat zirvəsinə (8126 metr hündürlüklə dünyanın 9-cu ən hündür zirvəsi) səfər edərkən 7300 metr hündürlükdə ölüm təhlükəsi qarşısında köməksiz vəziyyətdə qalmış 2 alpinistlə rastlaşıb.

İsrafil onları xilas etmək üçün zirvə təkanını dayandırıb. Onları baza düşərgəsinə daşımağa başlayıb. Alpinistlərdən birinin – polşalı Pavel Kopetsin vəziyyəti çox ağır olduğundan, əfsus ki, yolda keçinib.


Görmə qabiliyyətini müvəqqəti itirmiş digər alpinist - pakistanlı Asif Bhattini isə düşərgəyə çatdıraraq həyatını xilas edə bilib.


0 comments

Recent Posts

See All
bottom of page