top of page

Dünya çempionatı üçün nəhəng stadion tikiləcək


Mərakeş 2030-cu il dünya çempionatı üçün tikəcəyi stadionun layihəsini təqdim edib.


90plus.az xəbər verir ki, "Grand Stade de Casablanca" adlanacaq bu arena 115 min tamaşaçı tutumuna malik olacaq, Əl-Mənsuriyyə şəhərində tikiləcək.


Mərakeşlilər bu stadionu tikməklə İspaniya və Portuqaliya ilə birlikdə ev sahibliyi edəcəkləri 2030-cu il dünya çempionatının finalına da ev sahibliyi etmək hüququ əldə etmək istəyirlər. İspaniya tərəfi isə finalı Madrid və ya Barselonada keçirməyə ümid edir.


Xatırlatma: Futbol üzrə dünya çempionatı ilk dəfə üç qitədə və altı ölkədə keçiriləcək. DÇ-2030-da ən çox matçlar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. 3 oyun Cənubi Amerikada baş tutacaq. Açılış oyunu Uruqvayda olacaq.


Mənbə: The Sun



0 comments
bottom of page