top of page

Elmar Baxşıyev: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq"

"Bizi ağır oyunun gözlədiyini bilirdik. Rəqib çempionatımızın favoritidir. Komandam meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı".

90plus.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.


42 yaşlı mütəxəssis baxımlı, dinamik və maraqlı oyun alındığını bildirib. Baxşıyev qapıçı Kristof Atanqananın pis təsir bağışlamadığını söyləyib: "Sonuncu qoldakı epizoda gəlincə, ötən tur "Sumqayıt"la oyunda bizim lehimizə penalti verilməli idi. O, daha çox 11 metrlik cərimə zərbəsinə oxşayırdı, nəinki bu. Məncə, matçın qırılma nöqtəsi sonuncu dəqiqələrdə verilən qərar idi. Düşünürəm ki, orada penalti yox idi. Bizə qarşı bir az fərqli yanaşırlar. Bizim qapımıza dərhal penalti verirlər. Hansı ki, biz istədiyimiz epizodlara isə başqa cür yanaşırlar. Turnirdən qopmayacağıq. Mən bu komandaya inanıram. Heyəti yığanda hamı fikirləşirdi ki, 7 və ya 8-ci yeri tutacağıq. Amma komandamız sağlamdır, heyətdəki futbolçular daha yaxşı nəticəyə qadirdirlər".


Baxşıyev mövsümün əvvəlində avrokuboklara vəsiqə qazanmaq barədə düşünmədiklərini söyləyib: "Hər zaman növbəti oyunu düşünürük. Qismətdə varsa, vəsiqə qazanacağıq. Bizim hamımızda iddia var. Amma o iddia ilə alışıb yanmırıq. İşimizi elə qurmuşuq ki, qarşıdakı rəqibi fikirləşirik.

0 comments
bottom of page