top of page

Elmar Baxşıyev: “Ələ düşən qol imkanlarını dəyərləndirə bilmədik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

90plus.az xəbər verir ki, Baxşıyev, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:


“Düşündüyümüz kimi, ağır oyun keçdi. “Sabah” iddialı komandadır. Yaxşı heyətləri var. Matça yaxşı başladıq, amma əlimizə düşən qol imkanlarını dəyərləndirə bilmədik. Rəqib layiqli qələbə qazandı.


Hakimlikdən narazı qaldız?


Hakimlərə də qiymət verən qurum var. İnanıram ki, onlar da oyuna baxacaq, lazımı qiyməti verəcəklər. Köməkçimə hansı səbəblə sarı vərəqə verildi, bilmədik. Ümumi oyun idarəçiliyi normal idi.


Ruan Renatonun meydanda olmaması komandaya təsir etdi?


Yoxluğu bizə təsir edir. O, bizim əsas oyunçularımızdandır. Ruhdan düşməyəcəyik”.

0 comments
bottom of page