top of page

Elxan Məmmədov İsveçrə FA-nın prezidenti ilə görüşüb!


İyunun 20-i Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blank arasında görüş keçirilib.

90plus.az AFFA-nın saytına istinadən xəbər verir i, görüşdə Avro-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb, AFFA və İFA arasında əməkdaşlıqla bağlı müzakirələr olub.

Xatırladaq ki, İsveçrə milli komandası Avro-2020-nin A qrupu çərçivəsində 2 oyununu Bakı Olimpiya Stadionunda keçirib.

0 comments
bottom of page