top of page

Elxan Məmmədov: "Türkiyə futbolla yaşayır"


"Türkiyə futbolla yaşayır, dünya və Avropada böyük mövqeyə malikdir. Milli komandanız 2002-ci il dünya çempionatında ciddi uğur qazanıb. 2008-ci il Avropa çempionatında isə yarımfinala yüksələrək, bütün türk dünyasını sevindirib". 90plus az xəbər verir ki, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) Növbədənkənar Seçki Konfransı və Maliyyə Baş Assambleyasında çıxışı zamanı deyib. O, qitə futbol qurumu ilə əməkdaşlığa görə TFF rəhbərliyinə minnətdarlığını bildirib: "Pandemiya dövründə futbolu davam etdirməyimizə kömək edən prezidentlər Nihat Özdemir, Servet Yardımcı və bütün türk futbol ailəsinə təşəkkür edirəm”. E.Məmmədov 1991-ci ildə Türkiyəyə səfəri zamanı başına gələn maraqlı hadisəni də xatırlayıb: "Buraya gələndə, mənə ilk olaraq "Türkiyədə hansı komandaya azarkeşlik edirsən?" sualı verildi. Həmin şəxs adımı, milliyətimi, dilimi, haradan gəldiyimi, hara getdiyimi soruşmamış mənə bu cür sual ünvanladı. Bu, Türkiyənin böyük futbol ölkəsi olmasının göstəricisidir". FIFA rəsmisi sonda TFF-nin yeni prezidenti Mehmet Büyükekşiyə, Türkiyə millisinə və klublarına uğurlar arzulayıb.

0 comments
bottom of page