top of page

“Emi Martinez şou” təqdim edir…


“Aston Villa”nın qapıçısı Emiliano Martinez "Lill" ilə matçda əsl şou göstərdi.


90plus.az xəbər verir ki, əsas vaxtda sarı vərəqə alan argentinalı Emi penaltilər seriyası zamanı tribunalara "Sus"  işarəni edərək daha bir sarı vərəqə alır.


Amma onun ikinci sarısı qırmızı vərəqəyə çevrilmədi, çünki vərəqələr penaltilərdən əvvəl sıfırlanır.

Sonda həlledici məqamda penaltini dəf etdi və komandasına turu gətirdi:


Lill 2-1 Aston Villa

(Ümuni hesab: 3-3)

Penaltilər: 3-4


Yusuf Yazıcı 15'

Andre 67'

Cash 87'


Qeyd: “Aston Villa” yarımfinalda “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq.

Yarımfinalın ilk oyunları mayın 2-də, cavab görüşləri isə 1 həftə sonra olacaq.


0 comments
bottom of page