top of page

"Emil haqqında həyəcanverici bir şey var" - NORVEÇLİ MƏŞQÇİ



Millimizin qapıçısı Emil Balayev Norveçin "Bude-Qlimt" klubunda baxışdadır. 90plus.az xəbər verir ki, bunu komandanın qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad "Avisa Nordland" nəşrinə açıqlamasında təsdiqləyib.

O, bir müddətdir Balayevi izlədiklərini bildirib: "Emilin son illər Qazaxıstan və Azərbaycan klublarında yaxşı oyun təcrübəsi var. Həmçinin Avropa çempionatının seçmə mərhələsinin son matçlarında Azərbaycan millisinin qapısını qoruyub. Yaxından tanış olmaq üçün onu bura dəvət etdik". Norveçli məşqçi Emilin hələlik komandada məşq etdiyini və qarşıdakı günlərdə onun haqqında qərar veriləcəyini əlavə edib: "Emil haqqında həyəcanverici bir şey var. Daha əvvəl və məşq zamanı gördüklərimizi, həmçinin bu gün komandadaxili matçda gördüklərimizi nəzərdə keçirəcəyik. Sonra isə nə olacağını görəcəyik". Xatırladaq ki, Emil Balayev qış fasiləsində Qazaxıstanın "Tobol" klubundan ayrılıb.

0 comments
bottom of page