top of page

Emreli yaşıl meydanlardan uzaq qaldı


DÇ-2022-nin seçmə mərhələsinin Serbiya yığması ilə oyununda zədələnən Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.


90plus.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, yığma həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunan 24 yaşlı hücumçunun sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.


Həkimlərin ilkin diaqnozuna görə, oyunçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

0 comments
bottom of page