top of page

Eriksen gələn həftə tibbi müayinədən keçəcək

"İnter"in futbolçusu Kristian Eriksen gələn həftə tibbi müayinədən keçəcək.

90plus.az "Sky Sports"a istinadən xəbər verir ki, bundan sonra həkimlər danimarkalı yarımmüdafiəçinin oynayıb-oynamayacağına qərar verəcək. Bildirilib ki, müayinə yaxşı keçərsə və heç bir əks göstəriş olmazsa, Eriksen 6 aya qədər yaşıl meydanlardan uzaq qalacaq.Bundan sonra onun oynamasına icazə veriləcək. Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.

0 comments
bottom of page