top of page

Erməni təxribatının qarşısını alan Həmin oğlan

AÇ-2024-ün seçmə mərhələsində keçirilən İsveç – Azərbaycan (0:5) oyununda ermənilər təxribat törətmişdilər.


90plus.az xəbər verir ki, onların qarşısını alan mərd azərbaycanlı Elnur İbişov olub.


İsveç polisi, İsveç- Azərbaycan oyununda AFFA-ya ermənilərin yarada biləcəyi hər hansısa bir neqativ halların qeyri-mümkünlüyü barədə əminliklə söz verir. Birinci hissə belə də olur. Lakin fasilə zamanı tribunalarda qondarma "Arsax" respublikasının bayrağı görsənməyə başlayır. Bu zaman İsveç polisinin hərəkətə keçmədiyini müşahidə edən Elnur İbişov məsələyə şəxsən özü müdaxilə edir. Və bu əsnada, hətta şahidi olur ki, ermənilər çiyinlərindəki idman çantalarından üzərində "Arsax blokadadadır" yazılmış pankartları çıxarmağa çalışırlar.


Cəld hərəkətlə bayrağı ermənilərin əlindən almağı və onlara mane olmağı bacaran Elnur İbişov, erməni həyasızlığından yaxa qurtara bilmir və sektorda dikbaşlıq edən bir neçə erməninin cavabını təkbaşına və layiqincə verir.


Polis mübahisə edən erməniləri gətirdikləri əski parçaları ilə birlikdə oyundan kənarlaşdırıb, Elnur İbişovu isə nəzarət məntəqəsinə aparır. Beləliklə, oyun boyu, Azərbaycan və azərbaycanlılar əleyhinə hər hansısa bir pankart və ya plakat açılmır. Erməni təxribatının qarşısı qətiyyətlə alınır.


Əhsən!

0 comments
bottom of page