top of page

“Fənərbağça” 3 qolla qalib gəldi

Türkiyənin "Fənərbağça" komandası UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda qələbə qazanıb.


90plus.az - ın məlumatına görə, İstanbul təmsilçisi doğma azarkeşlər önündə Danimarkanın “Norşellann” klubunu 3:1 hesabı ilə üstələyib.


Meydan sahiblərinin qollarını 24-cü dəqiqədə Migel Krespo, 30-cu dəqiqədə Mişi Batşuayi, 47-ci dəqiqədə Serdar Aziz vurub. Qonaqlarda isə Oliver Villadsen fərqlənib.



0 comments

Comments


bottom of page