top of page

"Fənərbağça" Cengiz Ündərin transferi ilə bağlı danışıqlar aparır

"Fənərbağça" və "Marsel" klubları Cengiz Ündərin transferi ilə bağlı danışıqlar aparır.


90plus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Fransa klubu ciddi təkliflər gəlsə, Türkiyə millisinin üzvünü satmağa hazırdır.


Türkiyə mətbuatının yaydığı xəbərə görə, "Fənərbağça" Ündər üçün 10 milyon avroluq təklif irəli sürüb. "Marsel" isə 13 milyon avrodan aşağı məbləğ qəbul etmir.

"Sarı-lacivərtlər" Fransa təmsilçisini və futbolçunu razı salsa, 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.



0 comments

Recent Posts

See All

Comments


bottom of page