"Fənərbaxça" qapıçısı Altay Bayındırla 4 illlik yeni müqavilə imzalayıb.
90plus.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə millisinin qolkiperi ilə müqavilənin müddəti 2026-2027 mövsümünün sonuna qədər uzadılıb.
Qeyd edək ki, A.Bayındır 2019-cu ildən "Fənərbaxça"da oynayır. O, bu mövsüm klubla ümumilikdə 36 matçda meydana çıxıb.
