top of page

"Fənərbağça" heyətini yeni müdafiəçi ilə gücləndirir

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirir.


90plus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.


Onun sözlərinə görə, İtaliya "Sassuolo"sunda çıxış edən Mert Müldür İstanbul təmsilçisinin formasını geyinəcək. Türkiyə millisinin üzvü üçün 3,5 milyon avro ödəniləcək. 24 yaşlı müdafiəçi axşam saatlarında İstanbulda olacaq.


Qeyd edək ki, Mert Müldür 2019-cu ildən "Sassuolo"nun formasını geyinir.



0 comments

Comments


bottom of page