top of page

“Fənərbağça” sabiq barselonalını transfer edə bilər

“Everton”un yarımmüdafiəçisi Andre Qomeş karyerasını “Fənərbaxça”da davam etdirə bilər.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı portuqaliyalı futbolçunu Türkiyədə transfer pəncərəsi bağlanana qədər heyətinə qatmaq niyyətindədir.


Xatırladaq ki, Türkiyədə transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.


Qomeş 2019-cu ildən “Everton”da çıxış edir. O, 2022/23 mövsümündə 27 matçda iştirak etdiyi, 3 qol vurduğu və 2 məhsuldar ötürmə verdiyi “Lill”də icarə əsasında çıxış edib.



0 comments

Comments


bottom of page