top of page

"Faktlar faktdır, başqa heç nə önəmli deyil" - Ronaldo

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo statistik göstəricisi ilə bağlı fikirlərini bölüşüb.

90plus.az "DAZN"a istinadən xəbər verir ki, o deyib: “Ağıllı olmalısınız və 18, 20 və ya 25 yaşında 35 yaşındakı kimi olmadığını başa düşməlisiniz. Ən yüksək səviyyədə rəqabət aparmaq üçün düzgün tarazlığa ehtiyacınız var.


Bu asan deyil, amma mənim vəziyyətimdə asan görünür. Çünki illər ərzində mənim statistikam öz sözünü deyir. Çox yaxşı olduğumu deməyə ehtiyac yoxdur - statistika var. Faktlar faktdır, başqa heç nə önəmli deyil.


Ona görə də formamdan çox razıyam. Mən həm millidə, həm də “Mançester Yunayted”də komandaya kömək etməyə davam edirəm və buna görə də eyni ruhda davam etmək istəyirəm”.

0 comments
bottom of page