top of page

"Fasilənin xeyrimizə olduğunu deməzdim" - Qurban Qurbanov

FİFA-nın milli komandaların rəsmi və qeyri-rəsmi oyunlarına görə ayırdığı "pəncərə" klubların işinə təsirsiz ötüşmür. Düzdür, bundan yaxşı mənada yararlananlar, boşluqları yoluna qoymağa çalışanlar da olur. Bəs fasilə bizim klubların işinə necə təsir göstərib?

90plus.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov verdiyi açıqlamada çox vaxt fasilədən sonra problemlərlə üzləşdiklərini gizlətməyib: "Təbii ki, çətinliklərimiz oldu. Buna baxmayaraq, çalışdıq ki, maksimum şəkildə düzgün yararlanaq.

Bu fasilə bəzi futbolçuların xeyrinə ola bilər. Amma digər futbolçuların, daha çoxunun o qədər də xeyrinə olmur. Bundan sonra bütün komanda şəklində idman formamızı yaxşılaşdırmağa zaman lazım gələcək. İlboyu dəfələrlə belə fasilələr olur. Hər zaman fasilədən sonra komandada oyun planında müəyyən problemlər olur. Bunları nəzərə alanda fasilənin bir o qədər xeyrimizə olduğunu deməzdim. Lakin normal qarşılayıram. Çünki, mövsüm ərzində qarşılaşdığımız məqamlardan biridir".

Qeyd edək ki, "Qarabağ" fasilədən dərhal sonra - aprelin 2-də Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"lə qarşılaşacaq.

0 comments
bottom of page