top of page

Federiko Bernardeski yenidən "Yuventus"da oynaya bilər

“Yuventus” sabiq yarımmüdafiəçisi, “Toronto”nun vingeri Federiko Bernardeskini geri qaytara bilər.


90plus.az "La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu “Sassuolo”nun hücumçusu Domeniko Berardini ala bilməyəcəyi təqdirdə, 29 yaşlı futbolçunu transfer edə bilər.


Bernardeski AÇ-2024-də İtaliya millisində olmaq istədiyi üçün “Yuventus”a keçmək variantını nəzərdən keçirir.

İtaliyalı futbolçu 2017-2022-ci illərdə “qoca sinyora”nın heyətində çıxış edib. O,183 oyunda 12 qol vurub və 20 məhsuldar ötürmə edib.



0 comments

Recent Posts

See All

Comments


bottom of page