top of page

Fellaini futbolda səyahətini başa vurdu!


Maruan Fellaini 36 yaşında karyerasını bitirdiyini açıqladı!


90plus.az "BBC"yə istinadən xəbər verir ki, 667 oyunda 136 qol, 63 məhsuldar ötürməni karyerasına yazıb. Futbolçu həyatında 9 kubok qazanıb.


Fellaini Belçikanın "Standart Lyej", İngiltərənin "Everton" və "Mançester Yunayted" və Çinin "SD Taishan" klublarında çıxış edib.


Belçika millisində isə 87 oyun keçirib və iki dəfə dünya çempionatının əsas mərhələsində meydana çıxıb, milli karyerasını 2019-cu ildə başa vurub.



0 comments

Comments


bottom of page