top of page

Fernando Santuşa təzminat ödəniləcək

Portuqaliya Futbol Federasiyasının istefaya göndərdiyi sabiq baş məşqçisi Fernandu Santuşa ödəyəcəyi təzminatın məbləği müəyyənləşib.


90plus.az "Correio da Manha"ya istinadən xəbər verir ki, federasiya 68 yaşlı mütəxəssisə 4 milyon 500 min avro təzminat ödəyəcək. Belə təzminat məşqçinin qurumla 2024-cü ilin yayına qədər müqaviləsi olması ilə bağlıdır. Müqavilə vaxtından əvvəl ləğv edildiyi üçün qeyd olunan məbləğ Santuşa veriləcək.


Xatırladaq ki, Santuş 2014-cü ildən Portuqaliya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/4 finalda Mərakeşə 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

0 comments
bottom of page