top of page

FİDE reytinqində Nicat Abasovdan 38 pilləlik sıçrayış

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.


90plus.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb.


Digər tanınmış qrosmeysterimiz Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.


Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrosmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.


Qədir Hüseynov isə bu dəfə ilk “100-lük”dən kənarda qalıb.


Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk “100-lüy”ə düşüb. Bunlar Günay Məmmədzadə (2441 xalla 29-cu), Ülviyyə Fətəliyeva (2387 xalla 63-cü) və Gövhər Beydullayevadır (2383 xalla 68-ci).

0 comments

Recent Posts

See All
bottom of page