top of page

FİFA-dan Meksikaya cəza

Fifa Meksika millisini cəzalandırıb.

90plus.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib. Cəzaya yığmanın azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub. Olimpiya təsnifat turnirinin Dominikan Respublikası və ABŞ-la martda keçirilən görüşlərindəki şüarlar Meksika yığmasına baha başa gəlib. FİFA millinin DÇ-2022-dəki iki ev oyununu azarkeşsiz keçirməsinə qərar verib.

Bundan başqa, Meksika Futbol Federasiyası 60 min İsveçrə frankı cərimə də ödəyəcək. Qeyd edək ki, Meksika millisi sentyabrın 2-də Yamayka, oktyabrın 7-də Kanada ilə ev matçını azarkeşsiz keçirməli olacaq.

0 comments
bottom of page