top of page

FİFA-dan Türkiyə millisinə təbrik

FİFA ötən gecə DÇ-2022-nin seçmə mərhələsində Norveçə böyük hesabla (3:0) qalib gələn Türkiyə millisini təbrik edib.

90plus.az xəbər verir ki, dünyanın ali futbol qurumu DÇ-2022-nin Tvitter hesabından komandanın paltardəyişmə otağında çəkilən fotosunu paylaşaraq yazıb:

"Möhtəşəm bir oyun! Türkiyə Norveçi 3:0 hesabı ilə məğlub etməklə 2002-ci ildə Dünya çempionatındakı uğurlarından da daha yaxşı nəticə əldə edə biləcək bir səviyyədə olduqlarını göstərdi. Türkiyə seçmə mərhələnin ilk iki turunda qalib gəldi".

0 comments
bottom of page