top of page

FİFA danışılmış oyunlarla bağlı iddialara aydınlıq gətirib

Beynəlxalq Futbol Federasiyası (FİFA) öz saytında 2022-ci ilin dünya çempionatında danışılmış oyunların olmadığını iddia edən hesabat yayıb.


90plus.az bu barədə xarici mətbuata istinadən xəbər verir.


Qeyd olunur ki, 2022-ci il dekabrın 22-də danışılmış oyunlar və üz-üzə mübarizələrin ədalətliliyi ilə bağlı məsələlərin monitorinqi üçün yaradılmış çoxtərəfli işçi qrupu uğurla başa çatıb. Belə hadisələr müəyyən edilməyib.


Xatırladaq ki, dekabrın 18-də Argentina millisi turnirin finalında Fransa yığmasını məğlub edib. Oyunun iki əsas hissəsi 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyasında argentinalılar daha dəqiq olub - 4:2.

0 comments
bottom of page