top of page

FIFA-dan Pele üçün "Əbədi ən yaxşı" mükafatı


FİFA əfsanəvi braziliyalı hücumçu Pele üçün "Əbədi ən yaxşı" mükafatını verib.

90plus.az xəbər verir ki, futbol qurumu bununla da Braziliya millisinin tərkibində üçqat dünya çempionunun xatirəsini ehtiramla yad edib. Fəxri mükafatı sabiq futbolçunun həyat yoldaşı Marsiya Aoki götürüb. Mükafatı Braziliya millisinin sabiq hücumçusu Ronaldo təqdim edib.



Qeyd edək ki, Pele ötən ilin dekabrında xərçəng xəstəliyindən dünyasını dəyişib.

0 comments
bottom of page