top of page

Finalı stadiondan izləyəcək azarkeş sayı bəlli oldu!



Bu gün Avro-2020-nin finalında İtaliya - İngiltərə matçını 67, 5 min azarkeş izləyəcək. 90plus.az xəbər verir ki, bu barədə "İtaly24news məlumat yayıb. Bildirilib ki, yarışı italyalı fanatlardan təxminən 10 dəfə çox ingilis azarkeş izləyəcək. İtaliyalı azarkeşlərin sayı 6619 olacaqsa, görüşə bilet alan ingiltərəlilər 58 min nəfərdir. Qeyd edək ki, "Uembli" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

0 comments
bottom of page