top of page

“Florian Virtz bir gün "Qızıl top"u alar”


“Bayer Leverkuzen"in baş direktoru Karro Bundesliqa çempionluğunda əsas pay sahibi olan Florian Virts haqda danışıb.


90plus.az xəbər verir ki, o, 29-cu turda “Verder”lə 5:0-lıq qələbədə het-trik edərək Bundesliqa rekordu qıran Virtsin komandada qalacağını deyib:


"Florian Virts gələn mövsüm bizimlə qalacaq. Plan aydındır.


Bir çox klublardan maraq var, biz futbolda çox uzun müddət planlaşdıra bilmərik... amma o qalır.


Florian bir gün "Qızıl top"u qazana bilər".


Qeyd: 20 yaşlı yarımmüdafiəçi Bundesliqada komandasının çempionluğu təmin etdiyi görüşdə het-trik müəllifi olan ilk futbolçu olub.


Mənbə: Fabrizio Romano və AS

0 comments

Recent Posts

See All

Comments


bottom of page