top of page

Formula-1 yarışının çempionu bəlli olacaq


Bu gün Formula-1 üzrə mövsümün Dünya çempionu bəlli olacaq.


90plus.az xəbər verir ki, son yarış Abu-Dabi qran-prisi olacaq. Hazırda hər iki pilotun aktivində 369,5 xal var. Bu cür hal F-1 tarixində ikinci dəfədir. Daha əvvəl 1974-cü ildə bu cür hal baş vermişdi. Bu mövsüm Max Verstappen qələbə sayında rəqibini 9-8 hesabı ilə üstələyir. Əgər yarışda hər iki pilot finiş xəttindən kənar qalarsa, çempion Max Verstappen olacaq. Lewis Hamilton çempion olarsa, Formula-1 tarixində ən çox Dünya çempionu olan şəxs olacaq.


Qeyd edək ki, hazırda Michael Schumacher və Lewis Hamilton 7 çempionluqla zirvədə yer alıblar.

0 comments

Recent Posts

See All
bottom of page