top of page

Fransa Futbol Federasiyası irqçi təhqirlərə görə şikayətini dilə gətirəcək

Fransa Futbol Federasiyası (FFF) Qətərdəki dünya çempionatının finalında Argentina yığmasına məğlubiyyətdən sonra Fransa millisinin futbolçularının irqçi təhqirlərə məruz qalmasından şikayət edəcək.


90plus.az xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb.


FFF sosial şəbəkə istifadəçilərinin qaradərili oyunçular Kinqsli Koman, Orelyen Çuameni və Randal Kolo-Muaniyə təhqiredici mesajlar yazmalarını, onların postlarının altında meymun və banan şəkilləri paylaşmalarını qınayıb.


Qeyd edək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) “tanqoçular” 3-cü dəfə dünya çempionu olublar. “Xoruzlar”ın heyətində Randal Kolo-Muani əlavə vaxtda - hesab 3:3 olarkən 100 faizlik qol imkanından yararlana bilməyib. Koman və Çuameni isə 11 metrlik zərbələr zamanı qeyri-dəqiq oynayıblar.

0 comments
bottom of page