top of page

Fransa millisində narazılıq!


Fransa millisinin hücumçuları Kilian Mbappe ilə Olivye Jiru arasında mübahisəli vəziyyət yaranıb.

90plus.az "RMC Sport”a istinadən xəbər verir ki, bu problem hələ də həllini tapmayıb. Hadisənin baş verməsinə Jirunin mediaya dediyi sözlər səbəb olub. Qeyd edib ki, ona çox ötürmə vermirlər, bu olsa, komanda hücumda daha yaxşı təsir bağışlayar. Bildirilir ki, Mbappe Jirunun bu sözlərini öz üzərinə götürüb. Ona görə o, bütün gün ərzində narazı halda gəzib, komanda yoldaşının üzünə baxmayıb. Jiru vəziyyəti Mbappe ilə aydınlaşdırmaq istəyib. Bildirib ki, fikrini düzgün ifadə edə bilməyib və buna jurnalistin təxribatçı sualı səbəb olub. O bildirib ki, əslində Mbappeni yox, Benjamen Pavarla N'qolo Kanteni nəzərdə tutur. Bununla da Jiru səhvə yol verdiyini etiraf edib. Buna baxmayaraq, Mbappe narazılığını davam etdirib.

Baş məşqçi Didye Deşam bununla əlaqədar həm hər iki oyunçu, həm də bütün komanda ilə söhbət edib. O deyib ki, bu söhbərlərə baxmayaraq, irəli getmək, oyunları fikirləşmək lazımdır. Amma həm bu, həm də məşqdə Jirunun Mbappeni qucaqlaması da lazımi nəticə verməyib.

0 comments
bottom of page