top of page

Fransızların 2 futbolçusu geri qayıtdı

Fransa millisinin qripə yoluxmuş mərkəz müdafiəçiləri Rafael Varan və İbrahima Konate komandaya qayıdıb. 


90plus.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. Hücumçu Kinqsli Koman isə öz otağında təcrid olunmuş vəziyyətdədir. 


Daha əvvəl bildirilirdi ki, Fransa komandası artıq xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görüb - komandanın yaşadığı otelin bütün işçilərindən maska ​​taxmaq tələb olunur, otelin dəhlizlərində və yeməkxanalarda antiseptik gellər qoyulub.


Qeyd edək ki, Fransa millisi DÇ-2022-nin finalınfa Argentina ilə qarşılaşacaq. Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0 comments
bottom of page