top of page

Futbolçu həyat yoldaşı tərəfində qətl edildi!


Argentinalı futbolçu Florensiya Qinyasu Las-Kanas şəhərindəki mənzilində boğularaq öldürülüb.


90plus.az xəbər verir ki, həyat yoldaşı 30 yaşlı idmançını qətlə yetirib, sonra isə özü intihar edib.

Bu zaman mənzildə cütlüyün iki övladı - yeddi yaşlı oğlan və beş yaşlı qız olub.



Cəsədləri qonşu aşkar edib. Mənzilin qapısında yazılı lövhəni görüb. Orada “Polisə zəng edin, uşaqlar təkdir” yazılmışdı.


Qeyd: Ötən ilin noyabrında futbolçu ərini zorakılıqda ittiham edibmiş. Qinyasu “Atletiko Argentino” komandasında çıxış edib.


Mənbə: TASS

0 comments

Commentaires


bottom of page