top of page

“Futbolda 60 yaşlı kişilər özünü uşaq kimi aparır” Canni De Byazi


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveç üzərində 3-0 qələbə barədə danışıb.


90plus.az xəbər verir ki, Byazi komandasını tərifləyib:


"İlk yarıda çox riskə getmədik. İkinci hissədə özümüzü bir az çətinliyə saldıq. Futbolçular alqışa və bundan çoxuna layiqdirlər. Milli komanda uduzanda da stadionda ona tam dəstək vermək lazımdır. Hər görüşdə tam gücümüzü meydanda qoyuruq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq və vuruşduq".


İtaliyalı baş məşqçi bu gün yaratdıqlarını qol şanslarından istifadə etdiklərini vurğulayıb: "Avstriya ilə oyunda bunu bacarmadıq. Komanda inkişaf edib. Bu, göz önündədir. Bazar günü Belçikaya qarşı ağır qarşılaşmamız olacaq. Bu matça da yaxşı hazırlaşacağıq".


Canni De Byazi görüş başa çatandan sonra köməkçisi Arif Əsədovu vurmasına da aydınlıq gətirib: "Onunla münasibətimiz əladır. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincimiz belə alındı".

0 comments
bottom of page