top of page

Futbolçu getdilər, Əsgər döndülər!

1990-cı il... Yanvarın 12-də Türkiyəyə yollanan "Neftçi" 5 gün sonra “Ali Sami Yen” stadionunda “Qalatasaray”la qarşılaşır.


Əksər dostluq görüşlərində olduğu kimi, bu qarşılaşmada da qalib müəyyənləşmədi və tərəflər hərəyə iki qol vurmaqla 2:2 hesablı bərabərliyə razılaşdılar. “Neftçi”nin qollarını isə “Qalatasaray”ın qapısından Samir Ələkbərovla Vladislav Qədirov keçirmişdi. Əvvəlcədən hazırlanmış səfər proqramına uyğun olaraq “Neftçi” İstanbulda 14 gün qalmalı və “həm ticarət, həm də ziyarət” prinsiplərinə uyğun davranmalıydı.


"Xalq komandası" İstanbulun digər klubları ilə də yoxlama oyunlarında gücünü sınamalı idi.

Yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun Bakını işğal etməsi, dinc və əliyalın əhaliyə qarşı silah işlədilməsi, 100-dən çox insanın şəhid olması xəbəri, “Neftçi”nin məşqçi və futbolçularını sarsıdır. Komanda yekdilliklə səfərin yarımçıq saxlanılmasına və təcili Bakıya qayıtmağa qərar verir. Komanda üzvləri Bakıya çatan kimi Şəhidlər Xiyabanına yollanır, dünyasını dəyişən qəhrəman bacı və qardaşlarımızın ailə üzvlərinin dərdinə şərik olurlar.


Həmin səfərin detalları barədə 90plus.az-ın hazırladığı süjetdə tanış ola bilərsiniz:


https://youtu.be/q9r83cobctQ

0 comments
bottom of page